Xırdalanda qatar vurması nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda qatar vurması nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır

Qafar Ağayev11:18 - 23 / 07 / 2024
Xırdalanda qatar vurması nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır

Xırdalanda ötən gün qatar vurması nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman yetkinlik yaşına çatmayan şəxsi vurması və onun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər