Azərbaycanda ilk: abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk: abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradılıb

20:27 - 24 / 07 / 2024
Azərbaycanda ilk: abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradılıb

Süni intellekt əsasında yaradılan “Kodlasan” platforması istifadəçilərə 15 ixtisasdan ibarət seçimsiyahısı təqdim edir

Azərbaycanda abituriyentlərin universitet və ixtisas seçimini sadələşdirən “Kodlasan” platforması

istifadəyə verilib.

Müasir alqoritmlərə əsaslanan bu platforma qəbul balınızı, maraqlarınızı və karyera

hədəflərinizi nəzərə alaraq fərdi profilinizi təhlil edir. Daha sonra isə abituriyentin istəyinə və

əmək bazarında son tendensiyalara uyğun olaraq 15 ixtisasdan ibarət

seçim siyahısı təqdim olunur. Tövsiyələr istifadəçi tərəfindən daxil edilən meyarlar, Dövlət İmtahan

Mərkəzi tərəfindən müxtəlif illərdə tələbə qəbulu ilə bağlı toplanan məlumatlar və xüsusi alqoritmlərəəsaslanda formalaşır.

Platformanın xidmətlərindən faydalanmaq üçün www.kodlasan.az saytına daxil olmaq və

“Qeydiyyat” bölməsindəki xanaları doldurmaq lazımdır. Qeydiyyat üçün sizdən sadəcə

Ad/Soyad, elektron poçt ünvanı, telefon, iş nömrəsi, məktəb və topladığınız bal barəsində

məlumatların daxil edilməsi istənilir. İstifadəçilərin şəxsi informasiyalarının mühafizəsinə

xüsusi diqqətlə yanaşılır və onların təhlükəsizliyi daima təmin edilir.

Bakalavr pilləsinə qəbul prosesində ən yaxın yardımçınız olacaq platformanın xidmətlərindən

istifadə ödənişli əsaslarla aparılır. Mövcud qiymətlərlə rəsmi sayt vasitəsilə tanış ola

bilərsiniz.

Qeyd edək ki, “Kodlasan” Azərbaycanda süni intellekt əsasında yaradılan ilk platformadır. Ölkəmizin təhsil sahəsinə inqilabi yenilik gətirən bələdçi-platforma beynəlxalq mütəxəssislər və texniki

heyətdən ibarət komandaya malikdir.

Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya və ya poçt ünvanımıza yaza

bilərsiniz:

050 575 75 28

[email protected]

Parlaq gələcəyinizi bizimlə kodlaşdırın!

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər