“Silk Way Flavor Fest: Baku Edition” beynəlxalq aşpazlıq yarışı başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Silk Way Flavor Fest: Baku Edition” beynəlxalq aşpazlıq yarışı başa çatıb

Qafar Ağayev13:20 - 25 / 07 / 2024
“Silk Way Flavor Fest: Baku Edition” beynəlxalq aşpazlıq yarışı başa çatıb

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi, “WorldSkills Azerbaijan” İctimai Birliyi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə 17-19 iyul 2024 tarixlərində “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışı 20 iyul tarixində qaliblərin təltif edilməsi ilə başa çatıb.

BMT-nin İnkişaf Proqramında Azərbaycandakı nümayəndəliyindən 1news.az-a verilən məlumata görə, müsabiqəyə ölkəmizin təmsilçiləri ilə yanaşı, Qazaxıstan və Özbəkistandan olan gənclər də daxil olmaqla, ümumilikdə 8 iştirakçı qatılıb və yarış zamanı, 5-i beynəlxalq olmaqla, toplam 8 ekspert qiymətləndirmə sessiyasında iştirak edib.

Yarışda birinci yeri ölkəmizin təmsilçisi Kamal Ağayev, ikinci yeri Qazaxıstandan olan Aleksandra Kolpakova və Özbəkistan nümayəndəsi Nazənin İsrailova, üçüncü yeri isə Azərbaycan təmsilçisi Rüfət Zeynalov və Özbəkistandan olan iştirakçı Müştəriy Həsənova tutub.

Təltifetmə mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rüfət Tağızadə, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Slobodan Tadiç və Qazaxıstanın ölkəmizdəki səfirliyinin əməkdaşları da daxil olmaqla, bir sıra rəsmi qonaqlar iştirak edib.

Qeyd edək ki, ümumilikdə 16-20 iyul 2024 tarixlərini əhatə edən bu yarışın əsas məqsədi cari ilin 10-15 sentyabr tarixlərində keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışlarına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına və təşviqinə töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Sözügedən yarış “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən ilk beynəlxalq tədbirdir. Müsabiqə çərçivəsində ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi etməklə bu sahədə bir ilkə imza atıb.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına 85-ci üzv kimi qəbul olması ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Paylaş:
405

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər