Tur şirkətinin sabiq əməkdaşı iddialara cavab verdi: “Alınan pulları şirkət rəhbərinə ötürmüşəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Tur şirkətinin sabiq əməkdaşı iddialara cavab verdi: “Alınan pulları şirkət rəhbərinə ötürmüşəm”

Qafar Ağayev16:50 - 27 / 07 / 2024
Tur şirkətinin sabiq əməkdaşı iddialara cavab verdi: “Alınan pulları şirkət rəhbərinə ötürmüşəm”

Ötən gün saytımızda bir “Matrix Oasis” tur şirkətindən bilet alan Şərafət Məmmədovanın qarşılaşdığı problemlə bağlı yazı getmişdi.

Belə ki, onlar 2024-cü ilin iyul ayında Türkiyənin Bodrum şəhərində istihət üçün əvvəlcədən yanvar ayından ödəniş edib bilet alıb. O deyir ki, ümumilikdə 6600 manata başa gələn səyahət paketi üçün ödənişin bir hissəsini yanvar ayında, digər hissəsini isə may ayında ödəyib. Bununla bağlı turizm şirkəti tərəfindən onlara möhürlü müqavilə də verilib. Ailə də bütün planlarını bu səyahətə uyğunlaşdırıb. Ancaq müqavilədə qeyd edilən tarixə 3 gün qalmış şirkət tərəfindən zəng gəlib və səfərin baş tutmayacağını, 10 gün sonraya dəyişdiriləcəyini bildiriblər. Ailə isə bunun onlara uyğun olmadığını, verdikləri ödənişin geri qaytarılmasını tələb edib. İddiaya görə şirkətin nümayəndəsi əvvəlcə buna razı olsa da daha sonra vaxtı uzatmağa başlayıb. Aldadıldığını görək ailə bununla bağlı polisə müraciət edib.

Məsələ ilə bağlı yazımızda “Matrix Oasis” şirkətinin rəhbərliyinin açıqlaması getsə də, yazıda adı çəkilən, şirkətin sabiq əməkdaşı, Şərafət Məmmədovadan ödənişi qəbul edən Şəfiqə Fərzəliyevanın bizdə olan əlaqə nömrələrinə dəfələrlə zəng etsək də əlaqə mümkün olmamışdı, bunu yazımızda qeyd etmişdik ki, Şəfiqə Fərzəliyevanın mövqeyini işıqlandırmağa hazırıq.

1news.az Şəfiqə Fərzəliyeva ilə əlaqə saxlayaraq, onun da mövqeyini öyrənib.

Ş.Fərzəliyeva deyib ki, o, “Matrix Oasis” tur şirkətində Nuridə xanının rəhbərliyi altında həmin şirkətdə tur menecer vəzifəsində çalışıb, iyun ayının 20-si öz ərizəsi ilə işdən ayrılıb.

"Ayrılmağımın səbəbi Nuridə xanımın camaatın ödədiyi pulların arxasına keçməyi oldu. Məlum oldu ki, müştərilərin ödədiyi tur pulları heç bir yerə ödənilməyib və tur paketləri hazır deyil. Mən özüm də bunların hamısını 2-3 gün qalmış xəbər tutumuşam və turistlərə məlumat vermişəm. Şərafət xanım da orada qeyd edib ki, yanvar və may ayında pulları ödəyib, bəli Şərafət xanım düz deyir.

Ödənişlər ofisdə, Nuridə xanımın yanında olub. Pullar ödəniləndə mən şirkətin işçisi olaraq müştəridən pulu almışam və Nuridə xanım onlara möhürlük müqavilə verib. Daha sonra isə mən alınan pulları Nuridə Nəsir qızı Musayevaya ötürmüşəm.

Nuridə xanım pulları nə edib, neyləyib ondan mənim xəbərim yoxdur. Xəbərim olan odur odur ki, “Summertour”şirkətinə Şərafət xanımgilin rezervasiyası ilə bağlı 30 faiz pul ödənilib. Amma yerdə qalan pul hardadı, mən onu bilmirəm yəni o pulların hamısı Nuridə xanımdadır. Pulu da qaytarmalı şəxs Nuridə Musayevadır. Nuridə xanım “rezervasiya olunmayıb, Şəfiqə yalan deyir”, “heçnəyə ləğv verməmişəm” desə də, ləğv verilmə ilə bağlı “Summertour” şirkətinin səs yazısı var məndə, lazım gələrsə, onu təqdim edərəm”.

Ş.Fərzəliyeva bildirib ki, turu ləğv olunan Şərafət xanıma başqa tarixə tur təklif edilib.

“Nuridə xanım mənə zəng elədi və Şərafət xanımgil üçün ayın 10-nuna tur təşkil edəcəyimizi bildirdi. Mən həmin təklifi Şərafət xanıma çatdırdım, o isə oğlunun işdən icazə ala bilməyəcəyini bildirərək, bu təklifdən imtina edərək, ödədiyi 6600 manat pulu tələb etdi. Şərafət xanımın gəlini Dilbər xanım ötən il mənim vasitəmlə Antalyaya istirahətə gedib, eyni zamanda Dilbər xanımın bacısı da illərdir mənim müştərimdi. Mən illərdi bu sahədə çalışıram və müştərilərimlə bu ilə qədər problemlər yaşanmayıb. Mən müştərilərin pulunu tələb etdiyini Nuridə xanıma deyəndən sonra, o müştəriləri mənim üzərimə yönəltməyə başladı. Hal-hazırda məsələ ilə bağlı Səbail rayon Polis İdarəsində istintaq gedir. Mən gedən işdən narazı olduğum üçün Cənab Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazova şikayətlərimi bildirəcəyəm”.

Ş.Fərzəliyeva əlavə edib ki, ümumilikdə 21 zərərçəkən var.

“Onlara ümumi 62 manat ödəniş olunmalıdır. Nuridə xanım deyir ki, atası və anası insult xəstəsidi, qardaşı bu qədər borcunun olduğunu bilsə, onu öldürər. Əvvəllər də bizdə belə hallar olub, Nuridə ödəyə bilməyib, şikayətlər olub, mən pulları ödəmişəm ki, təki Nuridə pis vəziyyətdə qalmasın. Çünki 4 ildir mən bu adamla birlikdə çalışıram. Hazırda müştərilərin pulunu ödəməyib Nuridədən tələb edirəm, o isə götürüb hamıya mənim anamın nömrəsini, iş yerinin adresini verir, camaatı anamın üzərinə yönləndirir ki, orada gəlib hədə-qorxu gəlsinlər ki, biz pulları ödəyək”.

O bildirib ki, Şərafət Məmmədova və Nuridə Musayeva ona hədəqorxu gəlir.

Qeyd edək ki, məsələ hazırda Səbail Rayon Polis idarəsində araşdırılır. 1news.az jurnalistika etikasına uyğun olaraq tərəflərin mövqeyini işıqlandırdı Məsələ ilə bağlı yekun qərarı hüquq-mühafizə orqanları verəcək.

Həmçinin oxuyun: Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya

Paylaş:
863

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər