Əli Əsədovla İranın yeni təyin olunmuş Birinci vitse-prezidenti arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əsədovla İranın yeni təyin olunmuş Birinci vitse-prezidenti arasında görüş keçirilib

Qafar Ağayev17:00 - 30 / 07 / 2024
Əli Əsədovla İranın yeni təyin olunmuş Birinci vitse-prezidenti arasında görüş keçirilib

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Paylaş:
544

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər