Bakının daha bir küçəsində avtobus zolağı çəkilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının daha bir küçəsində avtobus zolağı çəkilib - FOTO

Qafar Ağayev16:05 - 31 / 07 / 2024
Bakının daha bir küçəsində avtobus zolağı çəkilib - FOTO

Bakının Cəfər Cabbarlı küçəsində (Nizami Metrosu istiqamətində ) xüsusi hərəkət zolaqlarının təşkilinə başlanılıb.

1news.az xəbər verir ki, küçədə artıq işlər yekunlaşmaq üzrədir. Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın bir çox ərazisində avtobus zolaqları çəkilib.

Paylaş:
494

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər