Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA - YENİLƏNİB

17:03 - 02 / 08 / 2024
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA - YENİLƏNİB

Avqustun 2-si saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Balakən, Qax, Qusar, Ceyrançöl, Zaqatala, Şəki, Qrız, Şahdağda arabir yağış yağıb, şimşək çaxıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Cənub-şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Goranboyda 19 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.

09:49

Avqustun 2-si saat 9:00-a olan məlumata görə əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 29 mm, Zaqatala 4 mm, Gədəbəy, Ceyrançöl, Balakən, Şəkidə 2 mm, Qusar, Qrızda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 21 m/s, Şahdağda 20 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, Naxçıvan MR-da 33-36, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.

Paylaş:
700

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər