Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Qafar Ağayev13:05 - 02 / 08 / 2024
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

1news.az xəbər verir ki, məlumata əsasən, Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***

12:07

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki sərnişin avtobusu toqquşub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.

Paylaş:
847

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər