DİN: “Instagram” və “Telegram”-da narkotiklərin satışını həyata keçirən 148 səhifə bağlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: “Instagram” və “Telegram”-da narkotiklərin satışını həyata keçirən 148 səhifə bağlanıb

Qafar Ağayev13:27 - 05 / 08 / 2024
DİN: “Instagram” və “Telegram”-da narkotiklərin satışını həyata keçirən 148 səhifə bağlanıb

“Instagram” və “Telegram”-da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi müşahidə olunmaqdadır.
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.
Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır.
Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədi ilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.

Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsi ilə leqallaşdırıblar.
Aşkar olunan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi valideynlərə müraciət edərərək bildirir ki, uşaqların kibertəhlüksizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə onların üzərinə düşür. Övladlarınızı internetden təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırın və onları sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunduğu, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesabları ilə təmas qurmaqdan çəkindirin.

Paylaş:
83

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər