QAİ-dən Aİ rəsmisinin bəyanatına cavab: Regionda gərginlik yaratmağa xidmət edir | 1news.az | Xəbərlər
Cəmiyyət

QAİ-dən Aİ rəsmisinin bəyanatına cavab: Regionda gərginlik yaratmağa xidmət edir

Qafar Ağayev15:15 - 05 / 08 / 2024
QAİ-dən Aİ rəsmisinin bəyanatına cavab: Regionda gərginlik yaratmağa xidmət edir

Qərbi Azərbaycan İcması Avropa İttifaqının (Aİ) rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyini, Azərbaycanın daxili işlərinə qarışmasını və regionda gərginlik yaratmağa xidmət edən bəyanatını sərt şəkildə qınayır.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar 2024-cü il avqustun 4-də mətbuata verdiyi açıqlamasında Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirmişdir.

T. Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil etmiş və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar etmişdir. Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərinin xüsusi hal olduğunu vurğulamışdır.

Göründüyü kimi, Aİ nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” icad etmişdir.

Bəyanatda, həmçinin deyilir: "Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur. Aİ rəsminin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də Aİ-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi Aİ üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir.

İcma Aİ-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir".

Paylaş:
106

Son xəbərlər

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür14 / 09 / 2024, 18:20Gələn həftədən Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək14 / 09 / 2024, 17:54Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib14 / 09 / 2024, 17:28İntensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ14 / 09 / 2024, 17:06Xəzərdə zəlzələ olub14 / 09 / 2024, 16:48Şəmkirdə qanunsuz tikili sökülüb - VİDEO14 / 09 / 2024, 16:12Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas olunub - VİDEO14 / 09 / 2024, 15:59Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib14 / 09 / 2024, 15:30“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinə gələnləri xalçaçılıq sənəti ilə tanış edir14 / 09 / 2024, 14:59Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib14 / 09 / 2024, 14:35Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB14 / 09 / 2024, 14:06Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb14 / 09 / 2024, 13:46Bazar günü hava necə olacaq? - PROQNOZ14 / 09 / 2024, 13:21İlham Əliyev Fatma Səttarovanın ailəsinə və yaxınlarına başsağlığı verib14 / 09 / 2024, 13:15Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıb14 / 09 / 2024, 12:39Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib14 / 09 / 2024, 12:17Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA14 / 09 / 2024, 12:06Azərbaycan nefti cüzi ucuzlaşıb14 / 09 / 2024, 11:55“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib - FOTO14 / 09 / 2024, 11:27“Antiterror tədbirləri tariximizin ən mühüm hadisələrindən biridir” - Sevinc Fətəliyeva14 / 09 / 2024, 11:17
Bütün xəbərlər