Bərdədə qadın qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə qadın qətlə yetirilib

09:30 - 05 / 08 / 2024
Bərdədə qadın qətlə yetirilib

Bərdədə qətl baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a verilən məlumata görə, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Paylaş:
237

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər