İyulda 183 nəfərin xarici diplomu tanınmayıb - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

İyulda 183 nəfərin xarici diplomu tanınmayıb - SƏBƏB

Qafar Ağayev13:05 - 06 / 08 / 2024
İyulda 183 nəfərin xarici diplomu tanınmayıb - SƏBƏB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, iyul ayı üzrə müraciət edən 937 nəfərin 754-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub, 183 şəxsin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 142, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbi ilə 17, təhsil forması səbəbi ilə 8, dövlət nümunəli olmayan diplom səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbi ilə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbi ilə 2, ekvivalenti olmayan ixtisas səbəbi ilə 2, baza təhsili diplomu olmadan magistratura təhsili alınması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 346, Rusiyadan 308, Ukraynadan 114, Gürcüstandan 59, Birləşmiş Krallıqdan 16, İtaliyadan 11, Macarıstandan 9, Amerika Birləşmiş Ştatlarından 7, Qazaxıstandan 7, Polşadan 6, Almaniyadan 5, Belarus Respublikasından 5, Çex Respublikasından 4, Çin Xalq Respublikasından 4, Litvadan 4, Niderland Krallığından 4, Pakistandan 4, Belçika Krallığından 3, Estoniyadan 3, Latviyadan 3, Fransadan 2, Koreyadan 2, Avstriyadan 1, Bolqarıstandan 1, Əfqanıstandan 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Kanadadan 1, Norveç Krallığından 1, Özbəkistandan 1, Qambiyadan 1, Səudiyyə Ərəbistanı Krallığından 1, Sinqapurdan 1 müraciətin olduğu müşahidə edilir.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınıb.

Paylaş:
176

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər