Gəncə şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Qafar Ağayev18:21 - 06 / 08 / 2024
Gəncə şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Gəncə şəhərində keçirilir.

1news.az xəbər verir ki, “Xan bağı”nda təşkil olunan yarmarkada Gəncə, eləcə də ətraf şəhər və rayonlardan olan 60-dan çox KOB subyektinin kənd təsərrüfatı və sənaye məhsulları, un məmulatları, qida, tekstil, sərinləşdirici içkilər, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır.

Yarmarkanın açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər.

“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası avqustun 8-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilir. Bu tədbir həmçinin, KOB subyektlərinə yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi, mikro və kiçik sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Gəncə şəhərindən əvvəl “KOB FEST” Bakı, Göygöl və Şəki şəhərlərində keçirilib. Bu yarmarkalarda ümumilikdə 180-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin üç gün ərzində satışına dəstək göstərilib.

Paylaş:
160

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər