Məhkəmə sabiq icra başçısı ilə tutulan şöbə müdirinin müraciətini təmin edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkəmə sabiq icra başçısı ilə tutulan şöbə müdirinin müraciətini təmin edib

16:54 - 07 / 08 / 2024
Məhkəmə sabiq icra başçısı ilə tutulan şöbə müdirinin müraciətini təmin edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyatı zamanı Neftçalanın sabiq icra başçısıyla birgə həbs edilən İH-in ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov məhkəməyə müraciət edib.

1news.az “Report”a istinadən xəbər verir ki, o, müraciətində cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş edib.

Məhkəmə onun müraciətini təmin edib və o, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Qeyd edək ki, Anar Cəfərov 2020-ci ildə DTX-nin Xidmətinin Neftçala rayon İcra Hakimiyyətində keçirilən əməliyyatı zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 7 ilə endirilib. Ali Məhkəmədə isə Anar Cəfərovun cəzası azaldılaraq üzərində qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Paylaş:
129

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər