Qarabağ Dirçəliş Fondu 2023-cü il üzrə investisiya gəlirlərinin artdığını və PwC-nin auditindən uğurla keçdiyini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu 2023-cü il üzrə investisiya gəlirlərinin artdığını və PwC-nin auditindən uğurla keçdiyini açıqladı

13:04 - 08 / 08 / 2024
Qarabağ Dirçəliş Fondu 2023-cü il üzrə investisiya gəlirlərinin artdığını və PwC-nin auditindən uğurla keçdiyini açıqladı

Qarabağ Dirçəliş Fondu 31 dekabr 2023-cü il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan”ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.

Fondun maliyyə hesabatları 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.

“PwC Azərbaycan” tərəfindən Qarabağ Dirçəliş Fondunun 2023-cü il 31 dekabr tarixinə maliyyə hesabatına dair verilən rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.

Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fonduna 2023-cü il ərzində ümumilikdə 206,485,811 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 47,195,993 AZN maliyyə gəliri əldə edib. Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 37% artıb. Nəticədə, maliyyə (investisiya) gəlirlərinin Fondun ümumi gəlirlərində payı 1%-dən 18,6%-ə qədər yüksəlib.

Bununla da, 31 dekabr 2023-cü il tarixinə Fondun cəmi aktivlərinin həcmi 19% və ya 238,9 milyon manat artaraq 1,477,065,244 AZN-ə çatıb.

Xatırladaq ki, 24 yanvar 2024-cü il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə “PwC Azərbaycan” Fondun 2023-cü il üzrə kənar auditoru kimi təsdiq olunub.

Fondun hesabatları və auditorun rəyi ilə Fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində tanış olmaq olar.

Azərbaycan dilində: https://qdf.gov.az/media/files/article/255/MHBS-uygun-Maliyye-Hesabatlari-ve-Musteqil-Auditorun-Hesabati-2023.pdf

İngilis dilində: https://qdf.gov.az/media/files/article/255/IFRS-Financial-Statements-and-Independent-Auditor-s-Report-2023.pdf

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Paylaş:
240

Son xəbərlər

Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb09 / 09 / 2024, 17:50TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək09 / 09 / 2024, 17:37Bu yay Şahdağda 2 dəfə qar yağması qeydə alınıb09 / 09 / 2024, 17:12HHQ-də növbəti buraxılış mərasimi keçirilib09 / 09 / 2024, 17:10Azərbaycanda 8 ayda verilən güzəştli kreditlərin məbləği açıqladı09 / 09 / 2024, 16:57Məhkəmə 4 yaşlı uşağı öldürüb quyuya atan şəxslə bağlı qərar verib09 / 09 / 2024, 16:37Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib09 / 09 / 2024, 16:36“Qarşıdakı günlərdə şikayətlərin araşdırma nəticələri MSK-nın iclasında müzakirəyə çıxarılacaq”09 / 09 / 2024, 16:28Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edir09 / 09 / 2024, 15:55Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilir09 / 09 / 2024, 15:27Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı09 / 09 / 2024, 15:22Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?09 / 09 / 2024, 15:14ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar09 / 09 / 2024, 15:08Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM09 / 09 / 2024, 14:58Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQ09 / 09 / 2024, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür09 / 09 / 2024, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edib09 / 09 / 2024, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib09 / 09 / 2024, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülüb09 / 09 / 2024, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıb09 / 09 / 2024, 13:38
Bütün xəbərlər