Birinci yarımildə nağdsız valyuta bazarında aparılan əməliyyatların 81 faizi dollarda olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci yarımildə nağdsız valyuta bazarında aparılan əməliyyatların 81 faizi dollarda olub

Qafar Ağayev11:40 - 09 / 08 / 2024
Birinci yarımildə nağdsız valyuta bazarında aparılan əməliyyatların 81 faizi dollarda olub

Cari ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 17,8 milyard dollar ekvivalentində olub.

1news.az Azərbaycan Mərkəzi Bankının yanvar-iyun ayları üzrə “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 81 faizi dollarda, 19 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28 faizi banklararası valyuta bazarında (BVB), 72 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4,9 milyard dollar (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 98 faizi dollarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 12,9 milyard dollar ekvivalentində olub ki, bunun da 74 faizini dollar ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2,4 milyard dollar ekvivalentində olub. Bunun 87,5 faizini dollar ilə aparılmış əməliyyatlar təşkil edib.

Altı ayda Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 44 hərrac keçirilib.

Paylaş:
202

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər