Sabah 38 dərəcə isti olacaq, yağış yağacaq - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah 38 dərəcə isti olacaq, yağış yağacaq - Proqnoz

12:43 - 09 / 08 / 2024
Sabah 38 dərəcə isti olacaq, yağış yağacaq - Proqnoz

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Paylaş:
204

Son xəbərlər

Bütün xəbərlər