Bakıda evlərdən 11 min manat oğurlamaqda şübhəli bilinən silahlı şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evlərdən 11 min manat oğurlamaqda şübhəli bilinən silahlı şəxs saxlanılıb

13:18 - 12 / 08 / 2024
Bakıda evlərdən 11 min manat oğurlamaqda şübhəli bilinən silahlı şəxs saxlanılıb

Bakıda evlərdən birinin həyətinə naməlum şəxsin icazəsiz girdiyi barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov müəyyən olunaraq saxlanılıb. Axtarış zamanı ondan bir ədəd tapança aşkar olunaraq götürülüb.

Araşdırmalarla M.Məmmədovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11000 manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər