Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bəyanatını qınayır, arxiyepiskopu irqçi yanaşmadan çəkinməyə çağırır | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bəyanatını qınayır, arxiyepiskopu irqçi yanaşmadan çəkinməyə çağırır

21:40 - 12 / 08 / 2024
Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bəyanatını qınayır, arxiyepiskopu irqçi yanaşmadan çəkinməyə çağırır

Ermənistanda özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanat verib.

Din xadimi, yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, siyasi və ksenofob don geyindirməyə çalışıb.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir.

“Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bu bəyanatını qınayır, arxiyepiskopu belə irqçi yanaşmadan çəkinməyə çağırır. Bir din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni Qriqoryan kilsəsində və cəmiyyətində bu cür irqçi yanaşmaların hakim olduğunu göstərir.

İcma, həmçinin sülh prosesinə verdiyi zərərdən dolayı Ermənistan hökumətindən ərazisində bu kimi irqçi meyillərə imkan verməməyi tələb edir”, - deyə bəyanatda vurğulanıb.

Paylaş:
105

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var16 / 09 / 2024, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb16 / 09 / 2024, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram16 / 09 / 2024, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub16 / 09 / 2024, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib16 / 09 / 2024, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıb16 / 09 / 2024, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub16 / 09 / 2024, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTO16 / 09 / 2024, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurub16 / 09 / 2024, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTO16 / 09 / 2024, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunub16 / 09 / 2024, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZ16 / 09 / 2024, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb16 / 09 / 2024, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“16 / 09 / 2024, 12:39
Bütün xəbərlər