İyul ayı ərzində proaktiv qaydada aparılan pensiya, müavinət təyinatının sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İyul ayı ərzində proaktiv qaydada aparılan pensiya, müavinət təyinatının sayı açıqlanıb

Qafar Ağayev10:41 - 12 / 08 / 2024
İyul ayı ərzində proaktiv qaydada aparılan pensiya, müavinət təyinatının sayı açıqlanıb

2024-cü ilin iyul ayı ərzində 23 038 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onlardan 2 711-i pensiya, 20 327-si isə müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər