Keçmiş məcburi köçkün: Düşünəndə ki, 32 ildən sonra Laçında səs verəcəm, indidən həyəcanlanıram... | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məcburi köçkün: Düşünəndə ki, 32 ildən sonra Laçında səs verəcəm, indidən həyəcanlanıram...

10:57 - 12 / 08 / 2024
Keçmiş məcburi köçkün: Düşünəndə ki, 32 ildən sonra Laçında səs verəcəm, indidən həyəcanlanıram...

“Laçında sonuncu dəfə sovet dönəmində, 1 saylı internat məktəbində müəllim işlədiyim dövrlərdə seçkilərdə iştirak etmişdim”.

1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Laçın sakini Tahir Bəndəliyev deyib.

“Həyat eşqilə yaşayan bir cavan idim. O zaman fərqinə varmırdıq ki, doğma el-obada, yurdda səs hüququna sahib olmaq nə deməkdir. Düşünəndə ki, 32 ildən sonra Laçında seçkilərə gedəcəm, səs verəcəm, indidən həyəcanlanıram... İnsan ailədə ilk körpəsi doğulanda hansı hissləri keçirirsə, indi həmin hissləri yaşayıram”.

O, təqaüddə olan fizika müəllimidir. Tahir müəllim deyir ki, əgər yenidən sinif otağına daxil olub dərs desəydi, bir dərs gününü Laçında seçkilər mövzusuna həsr edərdi: “Uşaqlara bu günün əhəmiyyətini, məsuliyyətini və sevincini anladardım. Bilərdilər ki, doğma yurdda öz səsindən istifadə etmək hüququ nə deməkdir”.

Tahir Bəndəliyev deyir ki, səs verəcəyi məntəqəyə öncədən baş çəkib: “Məntəqəmizi görmüşəm. Köhnə poçt ərazisində yerləşir. Mənim kimi bütün laçınlılar oraya gedib xoş xatirələrini yada salırlar. Allah bu sevinci bizə yaşadan Ali Baş Komandana cansağlığı versin. Qarabağ müharibəsində həyatını qurban verən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Parlament seçkisi ilə bağlı Laçında keçiriləcək səsvermə gününü – sentyabrın 1-ni səbirsizliklə gözləyirik”.

Paylaş:
120

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var16 / 09 / 2024, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb16 / 09 / 2024, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram16 / 09 / 2024, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub16 / 09 / 2024, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib16 / 09 / 2024, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıb16 / 09 / 2024, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub16 / 09 / 2024, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTO16 / 09 / 2024, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurub16 / 09 / 2024, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTO16 / 09 / 2024, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunub16 / 09 / 2024, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZ16 / 09 / 2024, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb16 / 09 / 2024, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“16 / 09 / 2024, 12:39
Bütün xəbərlər