İrandan gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb

13:58 - 13 / 08 / 2024
İrandan gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

DİN-dən 1news.az-a verilən xəbərə görə, İmişli rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Samit Məmmədov və tanışı Hidayət Rəşidov saxlanılıblar. Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsindən 134 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək və 1000 ədəd metadon həbi aşkarlanıb:

"Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər.

Araşdırmalarla Samit Məmmədov və Hidayet Rəşidovun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri sərhədyanı bölgələrdən paytaxta tədarükünü təşkil etməsi məlum olub".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
177

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər