Dağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilib

Qafar Ağayev15:02 - 14 / 08 / 2024
Dağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi xilasedicilərin iştirakı ilə 2024-cü ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.

1news.az FHN-ə istinadən xəbər verir ki, təlim zamanı şəxsi heyətin dağlıq və çətin keçilən ərazilərdə axtarış-xilasetmə işlərinin aparılması zamanı hazırlıq səviyyəsi yoxlanılıb, müxtəlif əməliyyatlar simulyasiya edilib.

Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Paylaş:
272

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər