Mərkəzi Bank “PulPal”a lisenziya verdi!
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “PulPal” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.
Bu lisenziya şirkətə aşağıdakı ödəniş xidmətlərinin həyata keçirilməsi hüququnu verir:
· ödəniş əməliyyatının ekvayrinqi;
· elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;
· ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
· kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası.
Qeyd edək ki, “PulPal” MMC eyni zamanda bir neçə ay öncə, ödəniş kartı məlumatlarını qorumaq üçün xüsusi olaraq yaradılmış beynəlxalq təhlükəsizlik standartı olan PCI DSS (Payment Card Industry Data Security Standard) beynəlxalq sertifikatına da layiq görülüb.
“PulPal” mobil tətbiqi və ya www.pulpal.az saytı vasitəsi ilə müştərilər rəqəmsal cüzdan və bir çox xidmətlərdən yararlana bilərlər. Eyni zamanda “PulPal” biznes müştərilərinə maliyyə ödənişlərinin rahat və əlçatan olması üçün innovativ həllər də təklif edir.
Belə ki, biznes sahibləri “PulPal”-a müraciət edərək rəsmi internet səhifəsi və ya mobil tətbiq üzərindən keçən ödənişlərinin yığımını rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Yığımların təşkili eyni zamanda QR kod və ya link vasitəsi ilə də mümkündür. Bunun üçün PulPal-a müraciət etmək kifayətdir.
www.pulpal.az
Əlaqə nömrəsi: +994 77 677 87 77
Reklam hüququnda