Ölkə ərazisində yağıntılı hava nə zamana qədər davam edəcək? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində yağıntılı hava nə zamana qədər davam edəcək? - AÇIQLAMA

Qafar Ağayev08:54 - 15 / 08 / 2024
Ölkə ərazisində yağıntılı hava nə zamana qədər davam edəcək? - AÇIQLAMA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O, qeyd edib ki, hazırda Bakıda və Abşeron yarımadasında , Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.

Paylaş:
309

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər