Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkarlanıb

09:00 - 15 / 08 / 2024
Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkarlanıb

Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olunub.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 9 sürücü saxlanılıb.

Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.

Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Paylaş:
239

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər