Xarici diplomların tanınması ilə bağlı elektron sənəd qəbulu müvəqqəti dayandırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici diplomların tanınması ilə bağlı elektron sənəd qəbulu müvəqqəti dayandırılacaq

Qafar Ağayev09:54 - 15 / 08 / 2024
Xarici diplomların tanınması ilə bağlı elektron sənəd qəbulu müvəqqəti dayandırılacaq

Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması elektron müraciət sistemi ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq.

1news.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, elektron müraciət sisteminin daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.

Bunu nəzərə alaraq, elektron müraciət sistemi vasitəsilə yeni ərizələrin qəbulu 15.08.2024-cü il tarixindən 01.09.2024-cü il tarixinədək dayandırılır.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər