Bakıda su sayğacında 2 kq heroin tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda su sayğacında 2 kq heroin tapılıb

14:44 - 19 / 08 / 2024
Bakıda su sayğacında 2 kq heroin tapılıb

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evin girişində quraşdırılmış su sayğacının içərisinə naməlum bağlama yerləşdirildiyini bildirib.

1news.az DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək sayğacın içərisindən 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
248

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər