Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Qafar Ağayev09:07 - 19 / 08 / 2024
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb” - deyə məlumatda qeyd olunub.

Paylaş:
236

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər