Əməkdar jurnalist: “Ölkəmizin bütün suveren ərazisində seçkilərin keçirilməsi hər bir azərbaycanlı üçün fəxrdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməkdar jurnalist: “Ölkəmizin bütün suveren ərazisində seçkilərin keçirilməsi hər bir azərbaycanlı üçün fəxrdir”

Qafar Ağayev09:49 - 19 / 08 / 2024
Əməkdar jurnalist: “Ölkəmizin bütün suveren ərazisində seçkilərin keçirilməsi hər bir azərbaycanlı üçün fəxrdir”

“Şuşada, Xankəndidə və azad olunmuş digər ərazilərimizdə namizədimizə səs verməyin sevincini duyuruq, fəxarətini yaşayırıq”.

1news.az xəbər verir ki, bunu Seçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar jurnalist Flora Xəlilzadə deyib.

“Yeni formalaşacaq parlamentin üzərinə böyük məsuliyət düşür. Bundan əvvəlki parlament seçkilərində torpaqlarımız işğal altında idi, indi isə bütün ərazilərimizdə suverenliyimiz tam təmin edib. Artıq azad olunmuş ərazilərimizdə seçki məntəqələri yaradılıb. Həmin ərazilərimizdən olan seçicilər istədikləri namizədə elə öz yurdlarında səs verəcəklər. Seçilən nümayəndələr xalqa və dövlətə sadiq olmalıdırlar. Ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan bu ilin əvvəlində də demokratik şəkildə Prezident seçkiləri keçirdi. Ölkəmizin bütün suveren ərazisində parlament seçkilərinin keçirilməsi hər azərbaycanlı üçün fəxr olunası məqamdır”,- deyə o bildirib.

Əməkdar jurnalist qeyd edib ki, bu seçki prosesində jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.

“Media nümayəndələri məsələlərə obyektiv yanaşmalıdırlar, ağı qaradan seçməyi bacarmalıdırlar. Jurnalistlər mövcud vəziyyəti təhlil etməli, ölkəmizə qarşı qərəzli çıxış edənlərə faktlarla cavab verməyi bacarmalıdırlar. İmkan vermək lazım deyil ki, kənar qüvvələr ölkəmizə qarşı qərəzli addımlar atsınlar. Nəzərə almaq lazımdır ki, bizlər qalib ölkənin jurnalistləriyik. İnanıram ki, jurnalistlərimiz ölkəmiz üçün önəm daşıyan bu seçkini obyektiv işıqlandıracaqlar”,– deyə F.Xəlilzadə əlavə edib.

Paylaş:
397

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər