Ermənilər Ordumuzun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Ordumuzun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib - RƏSMİ

Qafar Ağayev12:06 - 19 / 08 / 2024
Ermənilər Ordumuzun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib - RƏSMİ

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb" - deyə nazirliyin məlumatında qeyd olunub.

Paylaş:
442

Son xəbərlər

Sabahın havası AÇIQLANDI

12 / 09 / 2026, 12:28
Bütün xəbərlər