Parlament seçkiləri ölkədə yeni bir mərhələ kimi qiymətləndirilir - HESABAT
Toplanan məlumatlara əsasən, əhalinin bir hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkədə yeni bir mərhələ kimi qiymətləndirir, həmçinin seçkilərə laqeyd münasibət bəsləyənlər də müşahidə edilir.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu, “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının Milli Məclisə seçkilərin monitorinqi ilə bağlı aralıq hesabatında əksini tapıb.
“Əhali ümid edir ki, bu seçkilər bir sıra sosial problemlərin həllinə rəvac verəcək. MSK-nın məlumatına əsasən parlament seçkiləri ilə əlaqədar 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb. Müşahidəçilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imza toplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib”, - sənəddə qeyd edilib.