Parlament seçkiləri ilə bağlı seçki bülletenlərinin hazırlanması prosesi sabah yekunlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlament seçkiləri ilə bağlı seçki bülletenlərinin hazırlanması prosesi sabah yekunlaşacaq

11:12 - 21 / 08 / 2024
Parlament seçkiləri ilə bağlı seçki bülletenlərinin hazırlanması prosesi sabah yekunlaşacaq

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı seçki bülletenlərinin hazırlanması prosesi bu həftə başa çatacaq.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin hazırlanması prosesi səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşır.

Növbədənkənar parlament seçkiləri ilə bağlı seçki bülletenlərinin hazırlanması avqustun 22-də başa çatacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Paylaş:
204

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər