Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

Qafar Ağayev15:44 - 23 / 08 / 2024
Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinəsidir.

1news.az xəbər verir ki, İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 24 857 sayda qastroskopiya müayinəsi icra olunub.

Ürəkbulanma, qusma, iştahasızlıq, davamlı mədə ağrısı, udma aktının çətinləşməsi və ağrılı olması, qida qəbulundan sonra mədədə ağırlıq və tez doyma hissi, qarının yuxarı hissəsində ağrı, ishal və ya qəbizlik, anemiya, mədə-bağırsaq qanaxması və s. simptomlar qastroskopiya müayinəsi üçün göstəriş hesab oluna bilər. Qastroskopiya xüsusi endoskopik avadanlıqdan – ucunda linza olan uzun, nazik və elastik boru olan qastroskopdan istifadə edilməklə aparılır. Bu boru ağızdan qida borusu və mədəyə, sonra isə onikibarmaq bağırsağa qədər daxil edilir.

Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə, iltihab ocaqları, xora, törəmə və digər xəstəlikləri aşkar etməyə imkan verir. Digər instrumental diaqnostika metodları (USM, KT, MRT daxil olmaqla) mədə-bağırsaq traktının belə dəqiq təsvirini verə bilmir.

Qastroskopiya həm təcili, həm də planlı şəkildə aparıla bilər. Təcili qastroskopiyaya səbəb əsasən xəstənin həzm sistemində qanaxma, qida borusu və mədədə yad cisimlər olduğu zaman aparılır. Bu zaman diaqnostika ilə yanaşı, xəstənin həzm sistemində olan yad cisim çıxarılır, qanaxma dayandırılır. Planlı müayinə isə qida borusu, mədə və onikibarmaq bağırsaqda xroniki xəstəliklər olduğu zaman aparılır. Müayinədən əvvəl mədə boş olmalıdır. 6-12 saat əvvəl heç bir qida və maye qəbuluna icazə verilmir.

Müayinə yerli və ümumi anesteziya (sedativ (yuxu gətirici) preparatın venadaxili yeridilməsi) ilə icra edilə bilər. Yerli anesteziya ilə (sedasiyasız) prosesin icrası adətən 4-5 dəqiqə, sedasiya ilə 35 dəqiqə davam edir. Pasiyentlər tibbi müayinədən sonra normal həyat fəaliyyətinə davam edə bilirlər. Qeyd edilən tibbi xidmətin ambulator və stasionar şəraitdə göstərilməsi zamanı aparılan anesteziya da icbari tibbi sığorta ilə qarşılanır. Bundan əlavə, qastroskopiya zamanı patoloji dəyişikliklər aşkar edilərsə, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də sığorta hesabına aparılır.

Planlı qastroskopiyanın icrası üçün bir sıra əks göstərişlər mövcuddur. Buna görə də, qastroskopiya təyin edilmiş pasiyentlərin sağlamlıq vəziyyəti araşdırılır. Ağır tənəffüs və ürək-damar çatışmazlığı, kəskin miokard infarktı, onurğa sütunu və döş qəfəsinin artıq dərəcədə deformasiyası, beyin qan dövranın kəskin pozulmaları və digər xəstəliklər zamanı diaqnostika uyğun sayılmır.

Qastroskopiya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra ol

Paylaş:
185

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər