“Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib - VİDEO

Qafar Ağayev10:21 - 23 / 08 / 2024
“Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib - VİDEO

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər