COP29 üçün qeydiyyatdan keçənlərə ictimai nəqliyyat pulsuz olacaq
COP29 üçün akkreditasiyadan keçmiş heyət üzvləri konfransın keçiriləcəyi müddət ərzində məxsusi olaraq tədbir üçün ayrılmış avtobuslarla yanaşı ictimai nəqliyyat vasitələrindən də (marşrut avtobusları, metro və qatarlar) pulsuz istifadə edərək şəhər daxilində səfərlər edə bilərlər.
1news.az xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşı Ayan Nəcəf yerli media nümayəndələri üçün keçirilən "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında “Yaşıl və Mavi zonalarda media xidmətləri və əraziləri/qurğuları haqqında" məlumatlandırma zamanı deyib.
“Hava limanı və trasfer xidmətləri ziyarətçilərin tələblərinini qarşılamaq üçün 24 saat fəaliyyət göstərəcək” - deyə Nəcəf əlavə edib.
1337