İmdad Əlizadə: “Parlament seçkilərini Qarabağda qazanılan Zəfərin davamı kimi qiymətləndirmək olar”
“Parlament seçkiləri hər bir ölkənin siyasi sistemdə mühüm bir prosesdir, siyasi hadisədir.
1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Laçından olan jurnalist İmdad Əlizadə deyib.
“O nöqteyi-nəzərdən Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkiləri də ölkəmizin həyatında mühüm hadisə kimi qiymətləndirilə bilər. Amma 2024-cü ildə formalaşdırılacaq yeni parlamentin Azərbaycanın həyatında başqa bir özəlliyi də var: İndiki parlament Qarabağda qazanılan böyük Zəfərdən sonra formalaşdırılır. Ona görə də növbədənkənar parlament seçkilərini Qarabağda qazanılan Zəfərin davamı olaraq qiymətləndirmək olar”.
O, əmin olduğunu bildirib ki, parlamentin yeni heyəti əsas diqqətini işğaldan azad olunmuş ərazilərdə görülən bərpa, quruculuq işlərinə, Böyük Qayıdışa yönəldəcək.
“İndiyə qədər təşviqat kampaniyası normal qaydada davam edir: “Güman edirəm ki, səsvermə və səslərin sayılması, yeni parlamentin formalaşması da bu formada həyata keçiriləcək” - deyə İ.Əlizadə əlavə edib