Mikayıl Cabbarov: “Mehriban Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: “Mehriban Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır”

Qafar Ağayev11:34 - 26 / 08 / 2024
Mikayıl Cabbarov: “Mehriban Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır”

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri "X" sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə İqtisadiyyat Nazirliyinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik. Humanizm və nəciblik kimi ali mənəvi keyfiyyətləri, əzmkar və çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır”, - deyə nazir qeyd edib.

M. Cabbarov bildirib ki, Mehriban xanımın Azərbaycanın sosial-iqtisadi tərəqqisi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü işlər, vətənpərvərliyi və xeyirxahlığı hər birimiz üçün örnəkdir.

Paylaş:
252

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər