Professor Nəsiman Yaqublu dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Professor Nəsiman Yaqublu dəfn edilib - YENİLƏNİB

Qafar Ağayev13:32 - 26 / 08 / 2024
Professor Nəsiman Yaqublu dəfn edilib - YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.

Qeyd edək ki, Nəsiman Yaqublu avqustun 25-də Cəbrayıl rayonu ərazisində yol qəzasında həlak olub.

Nəsiman Yaqublu uzun illər Azərbaycan Xalq Cümhuriyyəti tarixi və qurucuları barədə tədqiqatlarla məşğul olub.

Allah rəhmət eləsin!

12:50

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu qeyd edib ki, N.Yaqublu milli mətbuat tarixinin öyrənilməsində müstəsna rolu olub.

“Nəsiman müəllimin vəfatı bizim üçün böyük itkidir. Bu gözlənilməz xəbər bütün onu tanıyanları dərindən sarsıdıb”, - deyə V.Zifəroğlu bildirib.

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, N.Yaqublunun vəfatı təkcə Jurnalistika fakültəsinin yox, Azərbaycan elmi üçün böyük itkidi: “O, cümhuriyyət tariximizin, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqi yolunda əvəzsiz işlər görüb. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Qeyd edək ki, N.Yaqublu Zabratda torpağa tapşırılacaq.

Paylaş:
448

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər