Azərbaycanla Serbiya arasında turizm sahəsində memorandum imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanla Serbiya arasında turizm sahəsində memorandum imzalanıb

Qafar Ağayev16:47 - 28 / 08 / 2024
Azərbaycanla Serbiya arasında turizm sahəsində memorandum imzalanıb

Belqradda Azərbaycan Turizm Bürosu ilə Serbiyanın Milli Turizm Təşkilatı arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkə arasında turizm sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində aparılan işlərin genişləndirilməsi, eləcə də turizm təhsili üzrə vacib olan məlumatların qarşılıqlı mübadiləsi məsələləri Belqradda DTA-nın sədri Fuad Nağıyevin Serbiyanın turizm və gənclər naziri Hüseyn Memiç ilə görüşündə müzakirə olunub.

Görüş çərçivəsində F.Nağıyev Hüseyn Memiçə noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tematik proqramına ilk dəfə turizm mövzusunun inteqrasiya edilməsi haqqında məlumat verib.

F. Nağıyev həmkarını “Turizm günü” çərçivəsində keçiriləcək “Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü”ndə iştirak etməyə dəvət edib.

Azərbaycan və Serbiya Turizm Bürolarının rəhbərlərinin də iştirakı ilə baş tutmuş görüşün sonunda “Azərbaycan Turizm Bürosu ilə Serbiyanın Milli Turizm Təşkilatı arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Həmçinin F. Nağıyevlə Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının həmsədri – mədəniyyət naziri Nikola Selakoviç arasında görüş keçirilib.

Görüşdə mədəniyyət və turizm sahələrinin bir-biri ilə sıx bağlı olduğu, bu sahələr üzrə iki ölkə arasındakı mövcud əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı turist axınına müsbət təsir göstərəcəyi vurğulanıb. Görüşdə, həmçinin Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev də iştirak edib.

Nümayəndə heyəti tərəfindən Ümummilli lider Heydər Əliyevin Belqradın “Taşmaydan” parkında yerləşən abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb və onun əziz xatirəsi ehtiramla yad edilib. Eləcə də 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə həsr edilmiş abidə və Serbiyanın görkəmli yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub.

Paylaş:
176

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər