Laçınlı ziyalı: “Yeni seçiləcək parlament üzvlərindən gözləntilərimiz də böyükdür” | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçınlı ziyalı: “Yeni seçiləcək parlament üzvlərindən gözləntilərimiz də böyükdür”

11:16 - 29 / 08 / 2024
Laçınlı ziyalı: “Yeni seçiləcək parlament üzvlərindən gözləntilərimiz də böyükdür”

“Biz artıq ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş bir ölkənin vətəndaşlarıyıq, ona görə qürurlu olduğumuz qədər də məsuliyyətliyik”.

1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Laçın rayonunun İmanlar kəndinin sakini, “Laçın yurdu” jurnalının təsisçisi və baş redaktoru Arif Məmmədli deyib.

“Eyni zamanda yeni seçiləcək parlament üzvlərindən gözləntilərimiz də böyükdür. Daha çox sosial məsələlərin diqqət mərkəzində olmasını, insanların rifah halının yaxşılaşdırılması istiqamətində zəruri qanun layihələrinin hazırlanmasını və qəbul edilməsini istəyirik”, – deyə A.Məmmədli deyib.

Paylaş:
504

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər