Balakən sakinindən tapança götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakən sakinindən tapança götürülüb

09:17 - 03 / 09 / 2024
Balakən sakinindən tapança götürülüb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, ondan bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
180

Son xəbərlər

Bütün xəbərlər