Bakıda qadının çantasından 6500 manat oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadının çantasından 6500 manat oğurlanıb

Qafar Ağayev12:06 - 04 / 09 / 2024
Bakıda qadının çantasından 6500 manat oğurlanıb

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.

Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
246

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər