“Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır! - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır! - XƏBƏRDARLIQ

12:15 - 05 / 09 / 2024
“Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır! - XƏBƏRDARLIQ

Sosial kanallarda yaradılmış saxta “Azərpoçt” səhifəsindən paylaşım edilərək itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalan bağlamaların simvolik qiymətə - 2,28 AZN-ə satıldığı bildirilir.

Məsələ ilə bağlı “Azərpoçt”-dan 1news.az-a bildirilib ki, kiçik məbləğə böyük hədiyyələr vəd verən paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid etmələri xahiş olunur. Heç bir halda bu kimi paylaşımlara güvənməyin və linklərə daxil olaraq fərdi kart məlumatlarınızı bölüşməyin.

“Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır!

Həmçinin, “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, vətəndaşlardan dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik.

Paylaş:
234

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər