Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilir
Bakıda COP29 iqlim konfransına hazırlıq çərçivəsində ekspertlərin 11-ci Texniki Ekspert Dialoqu və Xüsusi İşçi Qrupunun 3-cü iclası keçirilir.
1news.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“COP29 sədrliyi sentyabrın 9-dan 12-dək keçiriləcək 11-ci Texniki Ekspert Dialoqu və Xüsusi İşçi Qrupunun 3-cü iclasında tərəfləri və müşahidəçiləri Bakıda salamlayır. Biz həmsədrləri inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alan ədalətli və iddialı iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədi üzrə razılığa gəlməklə bağlı səylərində dəstəkləyirik. Bu, Bakıda keçirilən COP29 danışıqlarında bizim əsas prioritetimizdir və bu görüşlər iddialı məqsədlərimizə doğru irəliləyiş əldə etmək üçün fürsətdir”, - paylaşımda bildirilib.