Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO

17:00 - 10 / 09 / 2024
Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO

2006-cı il təvəllüdlü Aqil Fərzəliyev leykozdan əziyyət çəkir.

Bu barədə onun anası Sevinc Kərimli redaksiyamıza müraciət edib. O bildirib ki, oğlunun xəstəliyi mart ayının əvvəllərində özünü göstərməyə başlayıb:

“Mənə deyirdi ki, çox yorğunam. Mən elə bilirdim, məşğələlərə gedir deyə yorulur. Baş ağırıları da olmağa başladı. Adətən halı axşamlar dəyişirdi. Bəzən də qızdırması olurdu. Sonra gördüm, qızdırması 3 gündən artıq olur. Dedim, bir fəsadı olar, həkimə get. Mən o vaxtlar uşaq bağçasında işləyirdim. İcazə almaq olmurdu deyə həkimə özüm apara bilmirdim. Sonra ayağı və beli ağrımağa başladı. Həkimə getdi və analizlər verdi. Martın sonları bu xəstəlik aşkarlandı. Hazırda kimyaterapiyalar qəbul edir. Analizləri, dərmanları... Amma burada sağalmağına söz vermirlər. Övladı bu xəstəlikdən müalicə alıb sağalmış qonşumuz Almaniyada müalicə almağını məsləhət gördü. Hazırda Almaniya ilə əlaqə saxlayırıq və tibbi sənədlərin tərcüməsini göndərmişik, cavab gözləyirik. Mənim də övladımın Almaniyada tam sağalmağına ümidim böyükdür. Orada müalicə üçün təxminən 250-300 min manat lazımdır. Amma imkansızlıqdan heç nə edə bilmirik”.

Qeyd edək ki, Aqil 532 balla BMU-ya daxil olub. Gənc oğlanın xəstəliyin pəncəsindən qurtulub təhsil həyatına geri qayıtmaq üçün sizdən gələn maddi dəstəyə ehtiyacı var!

Əlaqə nömrəsi: 0506593964

Kart nömrəsi: 5239 1517 6675 2615

Paylaş:
321

Son xəbərlər

MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49
Bütün xəbərlər