COP29 ərəfəsində bağçalar işləyəcək? - Nazirdən AÇIQLAMA
“COP29 tədbirləri ərəfəsində bağçaların fəaliyyətinin dayandırılması nəzərdə tutulmayıb”
1news.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir deyib ki, bağçaların fəaliyyəti işləyən analar üçün vacibdir.
Ona görə də düşünürük ki, noyabrda ölkəmizdə keçiriləcək COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə dayanmasın. Əgər hansısa bağça prosesə problem yaradarsa, o zaman həmin bağçaların fəaliyyəti ilə bağlı qərar veriləcək”
111