AFFA nümayəndəsi UEFA-dan təyinat alıb | 1news.az | Xəbərlər
İdman

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Qafar Ağayev14:14 - 12 / 09 / 2024
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

1news.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

Qeyd edək ki, Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

Paylaş:
1035

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər