Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub | 1news.az | Xəbərlər
Mədəniyyət

Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub

15:22 - 16 / 09 / 2024
Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub

Görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın anadan olmasının 90-cı ildönümü münasibətlə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət xadimləri, sənətkarın yaxınları II Fəxri xiyabana gələrək xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, Mədəniyyət nazirinin müavini Murad Hüseynov pianoçunun yaradıcılığından söz açıb, onu adının musiqi tariximizdə əbədi yaşayacağını deyib: "Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər. Tələbələri dünyanın bir çox ölkələrində çıxış edərək Azərbaycan musiqisinin təbliğinə öz töhfələrini verirlər".

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Məmməd Quliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri Əməkdar artist, professor Samirə Aşumova və başqaları çıxış edərək Elmira Səfərova ilə bağlı xatirələrini bölüşüblər.

Sonda sənətkarın ailə üzvləri adından çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Elmira Səfərovanın xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xatırladaq ki, Elmira Səfərova 16 sentyabr 1934-cü ildə məşhur mühəndis-neftçi, iki dəfə Dövlət mükafatı laureatı Yusif Səfərovun ailəsində doğulub. Elmira xanım uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) nəzdindəki musiqi məktəbində alıb. K.Səfərəliyeva, T.Qruşko, L.Yeqorova kimi görkəmli pedaqoqlardan ifaçılığın sirlərinə yiyələnib. Məktəbi başa vurduqdan sonra, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (professor M.Brennerin sinfi) qəbul olunub. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.

1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan E.Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub.

E.Səfərova pedaqoji fəaliyyəti ilə yanaşı, konsertlərdə də solo və ansambl ifaçısı kimi çıxış edib. 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı böyük maraqla qarşılanıb.

Görkəmli pianoçu 1997-ci ildə – pedaqoji fəaliyyətinin və yaradıcılığının parlaq çağında dünyasını dəyişib.

Paylaş:
139

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər