Azərbaycan Sankt-Peterburqda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda təmsil olunur | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan Sankt-Peterburqda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda təmsil olunur

10:16 - 16 / 09 / 2024
Azərbaycan Sankt-Peterburqda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda təmsil olunur

11-14 sentyabr 2024-cü il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilir.

1news.az xəbər verir ki, Forumda iştirak edən Azərbaycan nümayəndə heyətində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da təmsil olunur.

Mədəniyyət və elm sahələrinin nümayəndələrini qloballaşma şəraitində mədəni suverenliyin perspektivlərinin müzakirəsi üçün bir araya toplayan forum, həmçinin sənətin milli ənənələrin və tarixin qorunmasındakı rolunu nəzərdən keçirir.

Şirin Məlikova beynəlxalq forumun “Tarixi binalarda muzeylər” adlı sessiyasında çıxış edib. Qeyd edilib ki tarixi binalarda yerləşən muzeylər mədəni irsin qorunmasında mühüm rol oynayır. Bu cür unikal məkanlar yalnız eksponatların saxlanıldığı yerlər deyil, eyni zamanda memarlıq abidəsi kimi ziyarətçilərə təkrarolunmaz təəssürat oyadırlar.

Forum çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Mədəni əlaqələrin və elmi tədqiqatların inkişafında mühüm addım kimi qiymətləndirilən memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Dövlət Ermitajının elmi işlər üzrə baş direktor müavini Georgi Vilinbaxov imzalayıblar. Memorandum muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində birgə əməkdaşlığı, Ermitajın AMİM-in Qərbi Avropa incəsənətinə aid eksponatlarının atribusiyasına yardım göstərməsini, bərpa məsələləri üzrə məsləhətləşmələri, mütəxəssislərin təcrübə mübadiləsini, eləcə də Azərbaycanda “Ermitaj günləri”nin keçirilməsi və digər məsələləri nəzərdə tutur.

Beynəlxalq tədbir çərçivəsində, həmçinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rəssamlıq Akademiyası Muzeyi (Sankt-Peterburq) ilə də qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Memorandumların məqsədi muzeylər arasında qarşılıqlı əlaqəni genişləndirmək, bərpa, arxeoloji tədqiqatlar və muzey işi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Qeyd edilən tərəfdaşlıqlar incəsənət əsərlərinin tədqiqi və nümayişi üçün yeni imkanlar açacaq, həmçinin geniş auditoriyanın muzeylərin unikal kolleksiyalarına əlçatanlığını təmin edəcək.

Paylaş:
370

Son xəbərlər

Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18
Bütün xəbərlər